UEFA Azərbaycan klublarına ödəniş etdi

UEFA Azərbaycan klublarına ödəniş etdi

UEFA növbəti dəfə Azərbaycan klublarına ödəniş edib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, maliyyə vəsaiti UEFA Millətlər Liqası turnirinin 2022/2023-cü illər mövsümündə futbolçuları milli komandaların heyətində çıxış etmiş klublara verilib.

Avropa futbol qurumundan ayrılmış məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq klubların bank hesablarına köçürülüb.

"Qarabağ"a 215 881, "Neftçi"yə 73 180, “Sabah”a 51 226, “Zirə”yə 43 908, “Sumqayıt”a 40 249, “Qəbələ”yə 18 295, “Şamaxı”ya 10 977, “Səbail”ə isə 7318 avro ödənilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər