Millimiz Gürcüstan yığması ilə gücünü sınayacaq

Millimiz Gürcüstan yığması ilə gücünü sınayacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyulun 26-dan avqustun 7-dək Bakıda təlim-məşq toplanışı olacaq. 
Fanat.Az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 3-də və 6-da gürcüstanlı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hazırlığa 25 futbolçu dəvət olunub ki, onlardan 5-i ölkə xaricində çıxış edən oyunçulardır. 
Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1  Ramazanov Amin  Lokomotiv (Rusiya)
2  Tağızadə Eldar  Clermont Foot (Fransa)
3  Həsənli Həsən  Qəbələ
4  Cəfərov Rza  Neftçi
5  Ağayev Nihad  Sumqayıt
6  Damadayev Süleyman  Qəbələ
7  Səmədov Ümid  Kəpəz
8  Babayev Hüseyn  Neftçi
9  Orucov David  Neftçi
10 Mədətov Ülvü  Qəbələ
11 Əhmədov Mirəli  Sabah
12 Məmmədov Seymur Sabah
13 Əsədov Zöhrab Qarabağ
14 Rüstəmli Rauf Qəbələ
15 Əliyev Xəyal  Sabah
16 Fərəcli Nihad  Kəpəz
17 Vardar Berkay  Beşiktaş (Türkiyə)
18 Kazımov Kamal  Kasımpaşa (Türkiyə)
19 Qənbərov Vüsal  Keşlə
20 Ağayev Mahmud  Zirə
21 Cabbarov Ayxan Savedalens (İsveç)
22 Əsədov Gülağa  Qəbələ
23 Baxşalı Mehrac  Qəbələ
24 Musazadə Musa  Qarabağ
25 Canıyev Mirmövsüm  Qarabağ
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər