Tuyqun Nadirovdan ŞOK QƏARAR: imtina edir...

Tuyqun Nadirovdan ŞOK QƏARAR: imtina edir...
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun AFFA İcraiyyə Komitəsinə namizədliyi geri götürüləcək. Bu barədə "Report"a o, özü açıqlama verib. 
O bildirib ki, kluba qarşı hakim haqsızlıqlarından sonra namizədlik məsələsində fikri dəyişib. O, məsələ ilə bağlı ayrıca açıqlamanın veriləcəyini vurğulayıb: "Namizədlik məsələsində fikrim dəyişib. Bununla bağlı ayrıca açıqlama verəcəyəm. Namizədliyi geri götürmək barədə düşünürük. Klub namizədliyimi irəli sürüb və çox güman ki, klub da qərar qəbul edib namizədliyimi geri götürəcək".
Qeyd edək ki, Tuyqun Nadirov AFFA İcraiyyə Komitəsində Peşəkar Futbol Liqasına ayrılmış 4 yerə namizədliyi irəli sürülən 5 nəfərdən biridir. 
Tuyqun Nadirov dünəb baş tutan "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı da danışıb: "Oyunla bağlı nə deyim? Hakim artistlikdən başqa heç nə etmirdi".
Klub rəsmisi bildirib ki, "ağ-yaşıllar"ın qapısına vurulan hər iki qoldan öncə "Neftçi"nin futbolçuları tərəfindən qayda pozuntusuna yol verilib: "İlk epizodda penalti yox idi. Camaat kor deyil. Milyonlarla adam futbola baxır. Burada Tuyqunun deməyi ilə deyil ki... Ola bilər ki, oyunu stadiondan canlı izləyənlər həmin epizodları görməsin, amma televiziya vasitəsilə izləyənlər hər şeyi görürlər. Hamı gördü ki, hər iki qoldan öncə nələr baş verdi. İlk penaltidən əvvəl cərimə zərbəsi olmalı idi, amma olmadı. Orada penaltilik heç nə yox idi. Onların futbolçusunun yıxılmasının səbəbi bizim oyunçu deyildi. Oyunçu özünü yerə atır, baş hakim də penalti qərarı verir. "Xəzər Lənkəran" öz yolu ilə gedir və klubumuzun 15-16 yaşlı oyunçuları "Neftçi"nin bütün futbolçularına dərs keçdi ki, futbolu necə oynamaq lazımdı".
Bununla belə, klub rəsmisi oyunun baş hakimi Rəhim Həsənovdan AFFA-ya şikayət etməyəcəklərini bildirib: "Bu günədək Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi. Premyer Liqada AZAL-la oyunda da haqsızlıqlar oldu. Hamımız bunu gördük".
Qeyd edək ki, "Neftçi" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yenərək, ilk görüşdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxıb və yarımfinala yüksəlib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər