Almaniya Qərb Regional Liqasında XXXIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası "Fortuna"nın 23 yaşlıları doğma meydanda "Rot Vays Ahlen"lə qarşılaşıb.
Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 4:1. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub. O, 48-ci dəqiqədə komandasının üçüncü qolunun müəllifi olub.
Qeyd edək ki, "Fortuna" hazırda 50 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.
Fanat.az