Türk ulduz Madrid klubunda 

Türk ulduz Madrid klubunda 

İngiltərə Premyer Liqasında çıxış edən Çağlar Söyüncü "Lester"dən ayrılır. 

Fanat.Az xəbər verir ki, artıq milli üzvünün yeni klubu da bəllidir. 

Xəbəri "Todofichajes" yayıb. Mənbənin məlumatına görə, müqaviləsi yayda başa çatacaq Türkiyə millisinin üzvü La Liqa təmsilçisi "Atletiko Madrid"lə ilkin müqavilə imzalayıb. O, mövsümün sonunda azad agent kimi İspaniya nəhənginə keçəcək. 

"Lester"də cəmi 4 oyuna start heyətində çıxan müdafiəçi ilə "Liverpul" da maraqlanıb, ancaq madridlilər onunla razılığa gələ bilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər