Türk klubundan Runi bombası

Türk klubundan Runi bombası

"Beşiktaş" Çempionlar Liqasının hazırlıqlarına başlayıb. Fanat.Az xəbər verir ki, ardıcıl ikinci çempionluğu qazanmağa yaxın olan klub rəhbərliyi bir dünya ulduzu transfer edərək azarkeşlərini sevindirmək istəyir.

İddialara görə, "Beşiktaş" "Mançester Yunayted"dən ayrılacaq Ueyn Runini transfer etmək istəyir. Bir müddət əvvəl "Türkiyəyə gəlməz dedikləri bir ulduz alacam" söyləyən klub prezidenti Fikret Ormanın məhz ingilis ulduzu nəzərdə tutduğu bildirilir.

İsatanbul klubunun ilk hədəfi Runini icarəyə götürməkdi. Bu mümkün olmasa, "Beşiktaş" transfer üçün başqa variantları nəzərdən keçirməli olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər