Türk klubu xorvat hücumçu aldı

Türk klubu xorvat hücumçu aldı
Türkiyənin "Kayserispor” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Komanda xorvat hücumçu Anton Maqliçanı transfer edib. 29 yaşlı futbolçu müddəti mövsümün sonunda bitəcək müqavilə imzalanıb.
Qeyd edək ki, Anton peşəkar karyerasına "Osiyek”də başlayıb. Daha sonra "Hayduk” (Split) və "Apollon”da (Limassol) oynayıb. 2019-cu ildən isə o, Çinin ikinci liqa təmsilçisi "Henfen”də çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər