Rusiyanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi Dmitri Barinov karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Мутко против" teleqram kanalı məlumat yayıb.
İddiaya görə, Rusiya millisinin 25 yaşlı futbolçusunun xidmətində "Qalatasaray" və "Trabzonspor" maraqlıdır.
Barinov ötən mövsüm "Lokomotiv"in heyətində 30 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Onun Moskva klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin iyunun sonuna kimidir.
Mirağa