Türk əsilli mankendən Məsut Özilə ağır sözlər

Türk əsilli mankendən Məsut Özilə ağır sözlər

Anası türk, atası alman olan manken Şəbnəm Şkafer Almaniya - İtaliya matçında Almaniya himnini oxumayan Məsut Özili tənqid edib. Fanat.az xəbər verir ki, o, türk futbolçunun düzgün addım atmadığını bildirib: 

İtalyan futbolçuların şimni qürurla söyləməsini izləmək gözəl idi. Almanlar himnə sayğı məsələsində daha rahatdı idilər. Mən Məsutun hər zamankı kimi ağzını belə tərpətməməsinə təəssüflənirəm. Türkiyə milli komandası bu durumda olsaydı eyni sözləri deyərdim. Türkiyədə oynayan bir əcnəbi İstiqlal marşını oxumasa siz nə edərdiniz? Oynadığınız və pul qazandığınız bir ölkənin himnini hörmət naminə oxumaq lazım deyilmi

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər