İngilitərənin aşağı liqasında keçirilən qarşılaşmaların birində tribunada türk bayrağının açılması ortalığı qarışdırıb.
Fanat.Az xəbər verir ki, "Huddersfield Toun" və "Lids" oyununun gedişində meydan sahiblərinin azarkeşləri tribunada Türkiyə bayrağı açıblar. Bundan sonra tribunalarda gərginlik yaşanıb. "Ay-ulduzlu" bayraq açan azarkeş dərhal polis tərəfindən həbs olunub. Onun əlindəki bayraq müsadirə edildikdən sonra özü şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılıb. Bu həftə polisin araşdırmaları davam edən. Daha sonra onun hərəkətinə hüquqi qiymət veriləcək.
Xatırladaq ki, 2000-ci ilin aprelində UEFA kubokunun yarımfinal mərhələsində "Lids" "Qalatasaray"la qarşılaşmış. İstanbuldakı oyunu izləməyə gələn ingilis azarkeşlərdən ikisi oyundan əvvəl düşən dava-dalaşda bıçaqlanaraq öldürülmüşdü.
Fanat.Az