"Traktor"dan möhtəşəm qələbə

"Traktor"dan möhtəşəm qələbə
İran çempionatında VII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor” səfərdə "Nassaji Mazandaran"la qarşılaşıb. Görüş Təbriz klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Traktor"un heyətində Sasan Ansari dubl edib, Uilyam Mimbela və Yukiya Suqita bir qol vurub.
Qeyd edək ki, bu qələbə ilə xalını 17-ə yüksəldən "Traktor" "Sepahan"la 1-2-ci pillələri bölüşdürür.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər