"Traktor" İran çempionatının liderinə qalib gəldi

"Traktor" İran çempionatının liderinə qalib gəldi

İran çempionatında 7-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə lider “Persepolis”lə qarşılaşıb. 

Təbriz komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Görüşdəki yeganə qolu 75-ci dəqiqədə Məhəmməd Abbaszadə vurub.

“Traktor” 7 turdan sonra 11 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. “Persepolis” isə 14 xalla liderliyini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər