Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. “Paykan”ı qəbul edən təbrizlilər bu dəfə də uduzublar – 1:2. “Traktor” 4 turdan sonra 3 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.