Tottidən inanılmaz uğur

Tottidən inanılmaz uğur

"Roma"nın əfsanəvi kapitanı Françesko Totti daha bir uğura imzı atıb. Fanat.Az xəbər verir ki, veteran futbolçu komandanın heyətində ardıcıl 23-cü mövsümdə qol vurub.

Totti bu uğurunu dünən "Sampdoriya"nı 3:2 hesabı ilə yendikləri matçda gerçəkləşdirib. Oyuna sonradan girərək 90+3-cü dəqiqədə penaltidən fərqlənən futboçlu 25 mövsümdü formasını geyindiyi "Roma"da 1994/95 mövsümündən bəri qol vurmaq uğurunu davam etdirib. 

Qeyd edək ki, dünən Roma Olimpiya Stadionunda baş tutan matçda hesabı 8-ci dəqiqədə Məhəmməd Salah açıb. "Sampdoriya" 18-ci dəqiqədə Luis Murielin qoluna sevinib. 41-ci dəqiqədə isə Fabio Quagliarella qonaqları hesabda önə keçirib - 2:1. Bu arada şiddətli yağır üzündən matç bir müddət dayanıb. İkinci yarıda "Roma"nın baş məşqçisi Lusiano Spaletti Totti və Edin Dzekonu meydana buraxıb. 46-cı dəqiqədə Dzeko Tottinin ötürməsini dəyərləndirərək hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə isə əfsanəvi futbolçu özü qələbə qolunu vurub. Beləliklə, cari mövsümdə ilk dəfə meydana çıxan Totti qol hesabını açıb.

Totti həmçinin 1992-ci ildən bəri 25 mövsüm "Roma" formasını geyinərək 1984-2009-cu illərdə "Milan"da oynayan Paolo Maldininin rekorduna şərik olub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər