Totti pulsuz oynamağa razıdı, amma...

Totti pulsuz oynamağa razıdı, amma...
"Roma"nın canlı əfsanəsi Françesko Tottinin klubdakı gələcək taleyi sual altındadı. Fanat.az xəbər verir ki, yayda müqaviləsi başa çatacaq 39 yaşlı futbolçu daha 1 il "canavarlar"ın şərəfini qorumaq niyyətindədi.
Təcrübəli oyunçu yeni bağlanılacaq müqaviləyə görə heç pul da tələb etmir. Ancaq klub rəhbərliyi Tottinin bu istəyinə müsbət yanaşmır. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Qeyd edək ki, Totti 23 ildir ki, "Roma"nın şərəfini qoruyur.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər