Tosin İngiltərədə klubunu dəyişir

Tosin İngiltərədə klubunu dəyişir

"Fulhem"in futbolçusu Tosin Adarabioyo karyerasını digər Premyer Liqa təmsilçisində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Mənbənin məlumatına görə, müdafiəçi "Nyukasl"ın diqqət mərkəzindədir. "Fulhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq 26 yaşlı oyunçunun "sağsağanlar"dan gələn təklifə müsbət yanaşdığı bildirilir.

Cari  mövsüm "Fulhem"in heyətində 25 rəsmi oyuna çıxan Tosin Adarabioyo bu matçlarda 2 qola imza atıb.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər