Toğrul Əsgərovun məğlub etdiyi güləşçi öldü

Toğrul Əsgərovun məğlub etdiyi güləşçi öldü

Türkiyəli güləşçi Ömər Uzun dünyasını dəyişib.

İdmançı ötən gecə keçirdiyi avtomobil qəzasının qurbanı olub.

Belə ki, Türkiyənin gənclər üzrə Avropa çempionu şəxsi maşını ilə qəzaya düşüb. O, idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb və hadisə yerindəcə həyatla vidalaşıb.

Qeyd edək ki, vaxtı ilə Ömər Uzun azərbaycanlı güləşçilərdən Toğrul Əsgərovla üz-üzə gəlib. Belə ki, 2011-ci ildə Rumıniyanin paytaxtı Buxarestdə gənclərin güləş üzrə dünya birinciliyində türkiyəli güləşçi ilə yolu kəsişən Toğrul rəqibini məğlub edərək finala qədər irəliləmiş, sonda isə qızıl medal qazanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər