Tomas Müller Paris Olimpiadasının qalibi oldu - VİDEO

Tomas Müller Paris Olimpiadasının qalibi oldu - VİDEO

Paris-2024 Olimpiadası "Bayern Münhen"in ulduz yarımmüdafiəçisi Tomas Müller üçün əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, atlara böyük həvəs göstərən və ferma sahibi olan alman futbolçu Olimpiya Oyunlarında qızıl medal sevinci yaşayıb. 

Xəbərə görə, Müller tullanma üzrə qızıl medal qazanan "Checker" adlı atın sahibidir. Çapar isə Kristian Kukukdur.  

Tomas Müller Paris Olimpiadasının qalibi oldu - VİDEO Bu uğura çox sevinən veteran futbolçu qızıl medalı boynundan asaraq özünün "Instagram" hesabında video paylaşıb: "Bu qızıldır - biz olimpiya qalibləriyik! Son il yarım ərzində "Checker" ilə çox şey etdik. Mən çox həyəcanlıyam. İndi bu qələbəni qeyd etmək olar".  

Alman KİV-inin iddiasına görə, Müllerin yarış atını izləyə bilməsi üçün "Bayern"in baş məşqçisi Vinsent Kompani komandanın səhər məşqini günortadan sonraya keçirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər