Tokio 2020: Üzgüçümüz finala keçə bilmədi

Tokio 2020: Üzgüçümüz finala keçə bilmədi

Azərbaycan üzgüçüsü Dana Şandıbina Tokio 2020 Yay Paralimpiya Oyunlarında mübarizəni dayandırıb

Fanat.Az xəbər verir ki, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə üzrə təsnifat yarışında 1 dəqiqə 24,51 saniyə nəticə göstərərək, finala yüksələ bilməyib. 17 yaşlı idmançımız 15 iştirakçı arasında 11-ci yeri tutub.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 14:42-də kişilərin yarışındakı təmsilçimiz Vəli İsrafilov (100 metr brass) final mərhələsində çıxış edəcək.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər