Tokio 2020: Güllə atıcılarımızdan uğursuz start

Tokio 2020: Güllə atıcılarımızdan uğursuz start

Tokio 2020 Yay Paralimpiya Oyunlarında güllə atıcılığı üzrə təmsilçilərimiz Yelena Taranova və Kamran Zeynalovun ilk cəhdləri uğursuz olub.

Fanat.Az xəbər verir ki, hava tapançası ilə  10 metr məsafəyə atəşaçmada yarışan idmançılarımız finala yüksələ bilməyiblər.

Sidney 2000 və Afina 2004 Paralimpiadalarının mükafatçısı 60 yaşlı Taranova 538 xalla 18 iştirakçı arasında 16-cı, Oyunlarda debüt edən 29 yaşlı Zeynalov 543 xalla 27 iştirakçı arasında 23-cü olub.

Hər iki mübarizədə finala ilk səkkizlik vəsiqə qazanıb.

Qeyd edək ki, Taranova qarşıdakı günlərdə 25 və 50, Zeynalov 50 metr məsafəyə atəşaçmada da gücünü sınayacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər