Terrora görə daha bir qarşılaşma təxirə salına bilər

Terrora görə daha bir qarşılaşma təxirə salına bilər
Terror hadisələri daha bir futbol matçının təxirə salınması ilə nəticələnə bilər. Fanat.az xəbər verir ki, söhbət martın 29-da Belçika və Portuqaliya milliləri arasında baş tutmalı olan yoxlama matçından gedir.
Məsələ burasındadı ki, bu gün Belçikada paytaxtı Brüsseldə terror hadisələri baş verib. Hadisənin yaşandığı Zaventem hava limanından 3 km aralıda isə Belçika millisi məskunlaşıb. Komanda isə dünən məhz sözügedən hava limanından istifadə edib. Məsələnin ciddiliyini nəzərə alaraq, yoxlama matçının təxirə salınması istisna deyil.
Qeyd edək ki, Zaventem hava limanında ard-arda törədilən iki partlayışda 11 nəfər, metroda törədilən partlayışda isə 15 nəfər olmaqla, ümumilikdə 26 nəfər ölüb, 35 nəfərdən çox şəxs yaralanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər