Terror təhlükəsi millinin oyununu əngəllədi

Terror təhlükəsi millinin oyununu əngəllədi

Belçika Daxili İşlər Nazirliyi Belçika və İspaniya millilərinin bu günə planlaşdırılan qarşılaşmasının baş tutmayacağı barədə açıqlama yayıb.

Fanat.az xəbər verir ki, hər iki ölkənin futbol federasiyaları rəsmi sayt vasitəsiylə oyunun baş tutmayacağını bildiriblər. İspaniya millisi dünən gecə Belçika Futbol Federasiyasının rəsmi xəbərdarlığından sonra təcili geri dönməyə qərar verib.

İspaniya mətbuatı bu açıqlamadan sonra federasiyanın təcili toplandığını və təhlükəsizlik təbdbirlərinin gücləndirilməsinə başlandığını vurğulayıb. Futbolçular da yaranmış vəziyyətdən narahat olub və evlərinə qayıtmaq istədiklərini bildiriblər. 

"El Pais" qəzetinə açıqlama verən federasiyanın rəsmilərindən biri terror hədələriylə bağlı ciddi siqnal aldırlarını və yüksək risk ehtimalının olduğunu bildirib. Məlumata görə, Parisdə olduğu kimi, Brüsseldə də terrorçu-kamikadzelər partlayışlar törətməyə hazırlaşırlar. 

Bu açıqlamalardan sonra Brüsseldə təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çatdırılıb və qarşılaşmanı izləməyə gələn ispaniyalı azarkeşlərə otelləri tərk etməmək, əlavə məlumat gözləmək tapşırılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər