Tərlan Quliyev millimizin Moldova ilə oyunu (2:1) ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in futbolçusu bunları deyib:
"Millinin baş məşqçisi bu oyunda gənclərə üstünlük verdi. Düzdü, ilk hissədə əsas heyətdən bir-iki futbolçu yox idi. Amma fasilədən sonra yoxlanışa çağırılanlar oynadı. Milliyə dəvət olunan hər bir futbolçu meydanda canını qoymağa, azarkeşləri qələbə ilə sevindirməyə çalışır. Dünya çempionatının seçmə oyunlarına hazırlaşmaq lazımdı. Əvvəlkindən daha yaxşı çıxış etməliyik”.
Fanat.az