Milli komandamızın üzvü Tərlan Quliyev Moldova ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in formasını geyinən müdafiəçi bunları deyib:
"Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidi. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışdım. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib. Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdır”.
Fanat.az