Terimdən şok qərar: Arda, Səlcuk və Burakı milliyə çağırmadı

Terimdən şok qərar: Arda, Səlcuk və Burakı milliyə çağırmadı
Türkiyə millisinin Rusiya ilə yoldaşlıq, Xorvatiya ilə semə mərhələ oyunları üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Fatih Terim sürpriz qərarları ilə diqqəti çəkib.
Belə ki, baş məşqçi son dövrlər "Barselona"dakı oyunu ilə özündən söz etdirən Arda Turanı, Çində işləri qaydasında gedən Burak Yılmazı, həm "Qalatasaray"da, həm də millidə daim şans verdiyi Səlçuk İnanı, həmçinin Caner Erkin, Hakan Balta və Gökhan Gönülü milliyə çağırmayıb.
Milliyə cəlb edilən futbolçular isə aşağıdakılardı:
Harun Təkin ("Bursaspor”),  Onur Kıvrak ("Trabzonspor”), Volkan Babacan ("Başakşəhərspor”), Əhməd Oğuz ("Gəclərbirliyi”), Şənər Özbayraqlı ("Fənərbaxça”),  Əhməd Çalık ("Gənclərbirliyi”), Çağlar Söyüncü ("Frayburq”, Almaniya), Kaan Ayhan ("Şalke”, Almaniya), Sərdar Əziz ("Qalatasaray”), Həsən Əli Kaldırım ("Fənərbaxça”), İsmayıl Köybaşı ("Fənərbaxça”), Hakan Çalhanoğlu ("Bayer”, Almaniya), İrfan Kahveci ("Gənclərbirliyi”), Mehmet Topal ("Fənərbaxça”), Nuri Şahin ("Borussiya”, Almaniya), Oğuzhan Özyaqub ("Beşiktaş”), Okay Yoxuşlu ("Trabzonspor”),  Ozan Tufan ("Fənərbaxça”), Salih Uçan ("Fənərbaxça”), Əmrə Mor ("Borussiya”, Almaniya), Gökhan Törə ("Vest Hem”, İngiltərə),  Çengiz Ündər ("Başakşəhərspor”), Olcay Şahan ("Beşiktaş”), Volkan Şən ("Fənərbaxça”), Cenk Tosun ("Beşiktaş”), Enes Ünal ("Tvente”, Hollandiya), Yunus Mallı ("Maynts”, Almaniya).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər