FİFA 2022/2023 mövsümünün ən gözəl qola görə verilən Puşkaş mükafatına namizədlərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Puşkaş mükafatına namizədlərin siyahısı:
Alvaro Barreal: “Sinsinnati” – “Pittsburq” (ABŞ Açıq Kuboku); Linda Kaysedo: Kolumbiya – Almaniya (Qadınlar arasında dünya çempionatı); Julio Enkiso: “Brayton” – “Mançester Siti” (İngiltərə Premyer Liqası); Sonq Jin Kanq: İordaniya U20 – Koreya Respublikası U20 (U20-Asiya kuboku); Sem Kerr: Avstraliya – İngiltərə (Qadınlar arasında dünya çempionatı); Brian Lozano: “Atlas” – “Amerika” (Liqa MX Klausura – Meksika); Gilyerme Maduqa: “Novorizontino” – “Botafoqo” (B Seriyası, Braziliya); İvan Morante: “İbiza” – “Burqos” (Sequnda, İspaniya); Nuno Santos: “Sportinq” – “Boavişta” (Primeyra, Portuqaliya); Asxat Tagybergen: Qazaxıstan – Danimarka (AÇ-2024-ün seçmə mərhələsinin oyunu); Beatriz Zaneratto: Braziliya – Panama (Qadınlar arasında dünya çempionatı)
Azarkeşlər FİFA-nın rəsmi saytında namizədə səs verə biləcəklər.