Ten Haqdan göstərişlər: "Meydanın ot örtüyü qırxılsın"

Ten Haqdan göstərişlər: "Meydanın ot örtüyü qırxılsın"

"Mançester Yunayted"in yeni çalışdırıcısı Erik ten Haq bazar ertəsi klubun işçilərinə təlim keçərək bəzi göstərişlər verib.

Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki,  52 yaşlı mütəxəssis stadion işçilərinə məşq meydanındakı otu 15 millimetrə qədər kəsməyi tapşırıb ki, oyunçular dəqiq ötürmələr verməyə uyğunlaşsınlar. O da iddia edilir ki, niderlandlı çalışdırıcı məşqin ilk iki günü ərzində futbolçuların ümumi hazırlığına şəxsən nəzarət edəcək.

Ten Haq Aleks Ferqyusonun nailiyyətlərini təkrarlayacağına ümid edir və ilk dəfə onun zamanında tətbiq etdilən qaydanı həyata keçirmək niyyətindədir.

Ser Aleks təqaüdə çıxandan sonra futbolçuların qidalanma qaydası tamamilə yox olub. Yeni mövsümdən klubun futbolçuları xüsusi rejimlə qidalanacaqlar.

İyul ayında "qırmızı şeytanlar" Avstraliya və Asiyaya mövsümöncəsi yoxlama oyunları üçün turneyə çıxacaq. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər