Təəccübləndirən sorğu: Azarkeşlər Ronaldunun getməsini istəyir

Təəccübləndirən sorğu: Azarkeşlər Ronaldunun getməsini istəyir

"Mançester Yunayted" azarkeşlərinin çoxu portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunu növbəti mövsümdə heyətdə görmək istəmir.

Fanat.Az xəbər verir ki, "The Athletic"in keçirdiyi sorğuya görə azarkeşlər onun əvvəlki kimi faydalı olmadığını düşünürlər.

Bu mövsüm 29 oyunda 15 qol vurmasına baxmayaraq, sorğuda iştirak edən “Mançester Yunayted” tərəfdarlarının 55%-i 37 yaşlı ulduzu gələn mövsüm komandada görmək istəmədiklərini bildirib.

Bundan başqa, "Ayaks"ı çalışdıran Erik ten Haq "qırmızı şeytanlar"ın azarkeşlərinin sevimlisidir. Tərəfdarların komandanın baş məşqçisi görmək istədiyi hollandiyalı mütəxəssis 58% səs toplayıb. Bir dönəm Premyer Liqada "Tottenhem"lə uğurlu mövsüm keçirən və komandanı Çempionlar Liqasının finalına çıxaran Maurisio Poçettino isə cəmi 25,5% səs toplayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər