İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi "Traktor” da bu turnirdə növbəti matçına çıxıb.
Cənublu soydaşlarımız doğma azarkeşləri qarşısında "Mes Kerman”la qarşılaşıb. Rəqibini 4:1 hesabıyla darmadağın edən Təbriz klubu yarımfinala yüksəlib.
"Traktor” yarımfinalda "Naft MİS”lə münasibətlərinə aydınlıq gətirəcək.
Fanat.Az