Tçuameninin finalda oynamayacağı təsdiqləndi

Tçuameninin finalda oynamayacağı təsdiqləndi

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bayern Münhen"lə cavab oyununda (2:1) sol ayağından xəsarət alan Orelyen Tçuameninin qitənin ən nüfuzlu klub turnirinin finalında oynamayacağı dəqiqləşib.

Fanat.Az " Marca"ya istinadən xəbər verir ki, bunu fransalı futbolçunun komandasının - "Real Madrid"in baş məş məşqçisi Karlo Ançelotti deyib:

"Tçuameni finalda oynamayacaq. O, Avropa çempionatı ərəfəsində diqqətini bərpa prosesinə yönəldəcək".

Xatırladaq ki, "Real" həlledici matçda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək. Görüş iyunun 1-də Londonda baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər