Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 20 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Oksigen balonu olmadan tək başına Everestə
1980-ci ilin bu günü tanınmış italyan alpinist Raynhold Messner (Reinhold Messner) tək başına və oksigen balonu olmadan Everest zirvəsinə çıxan ilk insan olub.

Messner "Kristal Üfüq" adlı kitabında rekord qırdığı ekspedisiyasını təsvir edib: "Zirvəyə qalxdığım an o qədər yorğun idim ki, başım işləmirdi. Arada harada olduğumu belə dərk etmirdim. Qırdığım rekordun nə dərəcədə ciddi bir iş olduğunu başa düşmək üçün çox yorğun idim."
Alvaro Neqredo (Alvaro Negredo)
Bu gün həm də ispaniyalı futbolçu Alvaro Neqredonun doğum günüdür. Neqredo 1985-ci ildə Madriddə anadan olub. Futbolçu Avropa çempionu (2012), İngiltərə çempionu (2014), İngiltərə Liqa Kubokunun qalibi (2014), İspaniya Kubokunun qalibi (2010) kimi nəaliyyətlərə sahibdir.

Hücumçu daha çox "Sevilya" klubunda parlaq oyunu ilə yadda qalıb. "Ağ-qırmızıların" heyətində keçirdiyi 180 oyuna 85 qolla yadda qalıb.
Emin Şəmsiyev