Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 6 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Karlo Kudiçini (Carlo Cudicini)
1973-cü ilin bu günü İtaliya çempionu (1993), İtaliya Super Kubokunun qalibi (1994), 2 qat İngiltərə çempionu (2005, 2006), 2 dəfə FA Kubokunun qalibi (2000, 2007), 2 dəfə İngiltərə Liqa Kubokunun qalibi (2005, 2007), 2 dəfə İngiltərə Super Kubokunun qalibi (2000, 2005) italiyalı qapıçı Karlo Kudiçini dünyaya gəlib.

Kudiçini karyerasının böyük hissəsini İngiltərənin "Çelsi" klubunda keçirib (1999-2009).
Leonidas Da Silva
6 sentyabr 1913-cü ildə braziliyanın əfsanəvi futbolçularından biri Leonidas Da Silva dünyaya gəlib.
"Qara Brilliant" ləqəbli hücumçu Peledən əvvəl Braziliyanın ən yaxşı futbolçusu hesab olunurdu.

Futbolçunun nəaliyyətlərini təqdim edirik:
Dünya Çempionatının bürünc mükafatçısı (1938), Cənubi Amerika çempionatının gümüş mükafatçısı (1946), Rio Branco Kubokunun qalibi (1932), 3 dəfə Karioka (Rio-De Janeyro çempionatı) Liqasının qalibi (1934, 1935, 1939), Paulista Liqasının 5 qat çempionu (1943, 1945, 1946, 1948, 1949).
Leonidas Da Silva 24 yanvar 2004-cü ildə vəfat edib.
Emin Şəmsiyev