Tarixdə bu gün: 2 nigeriyalı əfsanənin doğum günü

Tarixdə bu gün: 2 nigeriyalı əfsanənin doğum günü

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 14 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizlərə təqdim edir:   

Cey-Cey Okoça (Jay-Jay Okocha) 

1973-cü ilin bu günü olimpiya çempionu (1996), Afrika-Asiya Millətlər Kubokunun qalibi (1995), Afrika Millətlər Kubokunun qalibi (1994), Intertoto Kubokunun qalibi (2001),  Fransa Super Kubokunun qalibi (1998) nigeriyalı futbolçu Cey-Cey Okoça dünyaya göz açıb. 

Tarixdə bu gün: 2 nigeriyalı əfsanənin doğum günü

Yarımmüdafiəçi "Fənərbağça" və PSJ klublarında forma geyib. Karyerası ərzində keçirdiyi 455 oyuna 86 qolla yadda qalıb.

Dik Tayqer  (Dick Tiger) 

1929-cu ilin 14 avqustunda Orta çəkidə WBA versiyasına (1962-1964, 1965) və WBC versiyasına görə (1963-1964, 1965) peşəkarlar arasında dünya çempionu, WBC və WBA yüngül çəkilər üzrə dünya çempionu (1966-1968, 1968-1970), Ardıcıl olaraq 2 dəfə "Ring" jurnalına görə  ilin  boksçusu (1962, 1965) olan nigeriyalı Dik Tayqer dunyaya gəlib.

Tarixdə bu gün: 2 nigeriyalı əfsanənin doğum günü

X Yay Olimpiya Oyunlarının bağlanış mərasimi

1932-ci ilin bu günü X Yay Olimpiya Oyunlarının bağlanış mərasimi Los-Ancelesdəki Kolizey stadionunda baş tutub. Oyunlarda 37 ölkədən 1332 (1206 kişi, 126 qadın) idmançı iştirak edib.

Tarixdə bu gün: 2 nigeriyalı əfsanənin doğum günü

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər