Tanzaniyadan da geri düşdük

Tanzaniyadan da geri düşdük

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, 209 komandanın yer aldığı siyahıda Azərbaycan millisi 134-cü pillədə qərarlaşıb.

Son yoxlama oyunlarının təsir etdiyi siyahıda ciddi dəyişikliklər baş verib. Aktivində 269 xal olan yığmamız 22 pillə geriləyərək 112-ci pillədən 134-cü yerə düşüb. Bununla da komandamız Zimbabve, Sudan, Qayana, Fələstin, Tanzaniya kimi ölkələrdən geri qalıb. 

Almaniya 1 (1309 xal), Çexiya 4 (810), San Marino 1 (20) pillə geriləyib. Almanlar 5-ci, çexlər 29-cu, san-marinolular 199-cu yerdə qərarlaşıb. Şimali İrlandiya (825) və Norveç (605) isə 2 pillə irəliləyib. İrlandlar 26-cı, skandinaviyalılar 49-cu yerə yüksəlib.

İlk "10-luq"da da ciddi dəyişikliklər olub. Argentina Belçikanın liderliyinə son qoyub. Almaniya, Braziliya, Portuqaliya və İngiltərə 1, İspaniya 3 pillə geriləyib. Əvəzində Kolumbiya 4, Çili 2 və Uruqvay 2 pillə irəliləyib.

İlk "onluq"

1 (2). Argentina - 1532

2 (1). Belçika - 1352

3 (5). Çili - 1348

4 (8). Kolumbiya - 1337

5 (4). Almaniya - 1309

6 (3). İspaniya - 1277

7 (6). Braziliya - 1251

8 (7). Portuqaliya - 1184

9 (11). Uruqvay - 1158

10 (9). İngiltərə - 1069

  

Qeyd edək ki, qonşu Türkiyə yığması 983 xalla 13-cü yerdə qərarlaşıb. 7 pillə irəliləyən “ay-ulduzlular” son 6 il 10 ayda ən yaxşı nəticəsini göstərib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər