Tanınmış məşqçidən azarkeşlərə ədəbsiz jest - VİDEO 

Tanınmış məşqçidən azarkeşlərə ədəbsiz jest - VİDEO 

Fransa Liqa 1-də ötən gün baş tutan 10-cu turun "Klermon" – "Oser" (2:1) oyununda qonaq komandanın baş məşqçisi Jan-Mark Furlan nalayiq jestlə diqqət çəkib.

Fanat.Az "Arena Sport"a istinadən xəbər verir ki, 6 oyundur qələbəyə həsrət qalan və bu seriyada beşinci məğlubiyyətlə üzləşən "Oser"in çalışdırıcısı meydan sahiblərinin tərəfdarlarına "orta barmağ"ını göstərib.

Bu, yerli azarkeşlərin sərt reaksiyasına səbəb olub. "Oser" klubu baş məşqçinin ədəbsiz jestinə görə açıqlama yayıb: "Klubumuz həmişə qoruduğu ədalətli oyun dəyərlərinə və hörmətə uyğun olmayan yersiz hərəkətləri qəbul etmir. Həm "Klermon", həm də klubun azarkeşlərindən üzr istəyirik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər