"Tam formalaşmasaq da, döyüşdük" - Rüfət Quliyev 

"Tam formalaşmasaq da, döyüşdük" - Rüfət Quliyev 

Birinci Liqanın 15-ci turunda "Araz Saatlı" səfərdə "Karvan" ilə qarşılaşıb. Görüş "pambıqçılar"ın minimal hesablı 0:1 məğlubiyyəti ilə yekunlaşıb. Saatlı təmsilçisinin baş məşqçisi Rüfət Quliyevlə əlaqə saxlayıb matçla  bağlı fikirlərini öyrəndik.   Klubun baş məşqçisinin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Oyunu ümumi olaraq necə dəyərləndirirsiniz? - "Karvan"a qarşı komanda çox yaxşı çıxış etdi. Tam formalaşmasaq da, döyüşdük. Komandam xarakter göstərdi. Rəqibin qolu zamanı şanssızlıq oldu. Ümumi uşaqlara təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra nəticəmiz olacaq. 

- Komandanı mövsümün sonunda hansı pillədə görürsünüz? - Sona kimi mübarizə aparacağıq. Bütün diqqətimizi sonuncu pillədən qurtulmağa yönəltmişik. Bunun üçün qarşıdakı oyunlarda nəticə qazanmağa çalışacağıq. 

- Erkən istefa verə bilərsiniz? - İstefa barədə düşünmürəm. Bizim qarşıda məqsədimiz var. Klub rəhbərliyi, məşqçi heyəti və futbolçular komandanı bu vəziyyətdən çıxarmağa çalışırıq.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər