Syomin vəfat etdi

Syomin vəfat etdi

“Neftçi”nin veteran futbolçusu Aleksandr Syomin 73 yaşında Moskvada vəfat edib. Fanat.Az xəbər verir ki, 1943-cü il avqustun 9-da Bakıda anadan olmuş Syomin 1963, 1967-1972-ci illərdə “Neftçi”nin heyərində 94 oyunda meydana çıxıb. O, SSRİ yığmasında 1 oyun keçirib.

“Neftçi” PFK veteran futbolçunun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Fotoda Aleksandr Syomin kapitan kimi SSRİ yığma komandasını Avstriya yığmasına qarşı oyuna çıxarır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər