Svanadze istəsə də... -Gürcüyə "hə" deyiləcəkmi?

Svanadze istəsə də... -Gürcüyə "hə" deyiləcəkmi?

Məlum səbəbdən transfer qadağasıyla üzləşən “İnter”in hazırlıq üçün Türkiyəyə yola düşməsinə “hə” deyilməyib. Fanat.Az xəbər verir ki, Beynəlxalq Bankın maliyyəsi hesabına ayaqda qalan “bankirlər”ın çalışdırıcısı Zaur Svanadze ölkə xaricində təlim-məşq toplanışı keçməyin vacibliyini vurğulasa da, “yuxarılar” cavab verməyə tələsmir.

Məsələylə bağlı klubun mətbuat katibi Səbuhi Məmmədova müraciət etdik. Məmmədovun cavabı belə oldu: “Planda Türkiyədə hazırlaşmaq var. Ancaq rəhbərlik tərəfindən təsdiqlənməyib. Ona görə də hazırlıq proqramı müəyyənləşdirilməyib. Təsdiqlənəndən sonra açıqlayacağıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər