Futbol üzrə Türkiyə Superliqasında 2021/22 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, elitada növbəti mövsüm avqustun 13-də başlayacaq.
Son çempion "Beşiktaş” ilk matçında "Rizəspor”u qəbul edəcək. "Qalatasaray” "Girəsunspor”, "Fənərbağça” isə səfərdə "Adana Dəmirspor”la üz-üzə gələcək.
İlk dövrəyə dekabrın 27-də yekun vurulacaq. İkinci dövrəsi yanvarın 7-də başlayacaq Superliqada 2021/22 mövsümü mayın 22-də başa çatacaq.
Türkiyə Superliqası
1-ci tur
Girəsunspor - Qalatasaray
Fatih Karagümrük - Qaziantep
Beşiktaş - Rizəspor
Yeni Malatyaspor - Trabzonspor
Antalyaspor - Göztəpə
Sivasspor - Konyaspor
Adana Dəmirspor - Fənərbaxça
Başakşəhər - Alanyaspor
Altay - Kayserispor
Hatayspor - Kasımpaşa
Superliqanın yeni mövsümündə baş tutacaq derbilərin də hansı turlara təsadüf edəcəyi bəllidir. İlk derbi 4-cü turda reallaşacaq:
4 tur: Trabzonspor - Qalatasaray
9-cu tur: Trabzonspor - Fənərbaxça
10-cu tur: Beşiktaş - Qalatasaray
12-ci tur: Beşiktaş - Trabzonspor
13-cü tur: Qalatasaray - Fənərbaxça
17-ci tur: Fənərbaxça - Beşiktaş