2020-ci ildə UEFA Super Kubokunu keçirməyə namizəd ölkələr açıqlanıb. Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının qalibinin üzə gəldiyi matça 9 ölkə ev sahibliyi etmək istəyir.
Namizəd ölkələr bunlardı: Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nitsa), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast), Portuqaliya (Portu).
Super Kuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.
Qeyd edək ki, UEFA Super Kubokunun təşkil ediləcəyi yer seçimi ilə bağlı prosedura ötən il dekabrın 8-də start verilib. Yanvarın 12-dək milli assosiasiyalar matçı keçirmək üçün maraqlı olduqlarını açıqlamaları idilər. Bildirilir ki, "AVRO-2020"nin oyunlarına ev sahibliyi edəcək ölkələrin assosiasiyaları namizədliklərini irəli sürə bilməzlər.
Fanat.Az