Stoykoviç İngiltərə ilə oyundan öncə belə danışdı

Stoykoviç İngiltərə ilə oyundan öncə belə danışdı

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Avropa çempionatının qrup mərhələsinin I turunda bu gün keçirəcəkləri matçdan - İngiltərə ilə oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın mətbuat xidməti belə çatdırıb:

"Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq Serbiya futbolu üçün irəliyə doğru böyük addım idi. Hamı uzun müddətdir ki, Avropa çempionatının başlamasını gözləyirdi. Keçmişdə əldən verilmiş fürsətlər çox olub. Amma bu dəfə baş məşqçi kimi Serbiya Futbol Assosiasiyasının qarşıma qoyduğu vəzifə yerinə yetirildi. Dramatik olduğunu söyləməzdim, amma kifayət qədər çətin səyahət idi. İndiki zamanda Avropa çempionatının final mərhələsinə yüksəlməyin özü Serbiya futbolu, ölkəmiz, millətimiz, azarkeşlər və bu oyunu sevən hər kəs üçün böyük bir irəliləyiş və uğurdur”.

Qeyd edək ki, İngiltərə - Serbiya oyunu bu gün, saat 23:00-da başlayacaq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər