Ştefan Kuntz  ictimaiyyətə təqdim olundu

Ştefan Kuntz  ictimaiyyətə təqdim olundu

Almaniyalı mütəxəssis Ştefan Kuntz futbol üzrə Türkiyə millisinin baş məşqçisi olaraq ictimaiyyətə təqdim olunub.

Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, TFF-nin prezidenti Nihat Özdemir 58 yaşlı futbol mütəxəssisini ictimaiyyətə Türkiyə millisinin baş məşqçisi olaraq təqdim edib.

Kuntz türkiyədə çalışacağından məmnun olduğunu dilə gətirib:

"Burada işləyəcəyimdən çox qürurlanıram. Qarşıda görməli olacağımız çox iş var.

Hədəfimiz növbəti DÇ-də layiqincə çıxış etməkdir. Yerli futbolçuların potensialına bələdəm.

Görməli olduğum ən birinci iş türk dilini öyrənmək olacaq".

Xatırladaq ki, Ştefan Kuntzla Türkiyə millisi arasında 3 illik müqavilə imzalanıb.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər