Şröder qovuldu - RƏSMİ

Şröder qovuldu - RƏSMİ

"Ayaks" rəhbərliyi komandanın baş məşqçisi Alfred Şröderi Niderland çempionatının 18-ci turu çərçivəsində keçirilən matçdan - "Volendam"la 1:1 hesablı heç-heçədən sonra istefaya göndərib.

Fanat.Az Amsterdam klubunun saytına istinadən xəbər verir ki, səbəb kimi "Ayaks"ın yalnız bu görüşdə büdrəməsi yox, paytaxt təmsilçisinin cari mövsüm itirdiyi yersiz xallar göstərilib. 

Məlumata görə, baş məşqçi ilə yanaşı, onun köməkçisi Matias Kaltenbaxla əməkdaşlığa da vaxtından əvvəl son qoyulub.

Qeyd edək ki, Şröderin "Ayaks"la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər