"Spartak" meydanı təhqirlə tərk etdi - VİDEO

"Spartak" meydanı təhqirlə tərk etdi - VİDEO

Millimizin futbolçusu Mahir Emrelinin komandası Polşa "Legiya"sı UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunda Moskvanın "Spartak"ın qonağı olub.

Fanat.Az xəbər verir ki, görüş Varşava təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Öz meydanında məğlubiyyəti həzm edə bilməyən rus azarkeşlər "Spartak"ın futbolçularını soyunub-geyinmə otağına təhqirlə yola salıblar.

Həmin anın videogörüntüsünü təqdim edirik:

 

Xatırladaq ki, komandaların cavab oyunu dekabr ayının 9-u keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər