Spalletti İngiltərəyə məğlubiyyəti belə şərh etdi

Spalletti İngiltərəyə məğlubiyyəti belə şərh etdi

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən "Uembli"də keçirdikləri matçda İngiltərədən aldıqları məğlubiyyət (1:3) barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Rai Sport" onun dediklərini belə çatdırıb:

"Düşünürəm ki, 90 dəqiqə ərzində düzgün oynadıq. Tablodakı hesab bizə əlavə təzyiq göstərdi. Ancaq Avropa səviyyəsində oyun göstərmək istəyiriksə, əks-hücumlarda yaxalanmağımız normal sayılmalıdır. 

Ümumilikdə yaxşı oyun oldu. Bəzi şeyləri çox yaxşı səviyyədə edə bildik. Ancaq biz İngiltərə kimi bir rəqibin belə oynamasına imkan verməməliydik. Bəlli məsələdir ki, İngiltərə boşluqlardan dərhal yararlanmağı bacarırlar".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər