Son 13 ildə ilk dəfə

Son 13 ildə ilk dəfə
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında yarışın son turu rekordla əlamətdar olub. Fanat.az xəbər verir ki, 13 qolun vurulduğu “Rəvan” - “Xəzər Lənkəran” matçı əvəzedicilərin çempionatları tarixinin ən məhsuldar görüşüdü.
Meydan sahiblərinin 9:4 hesabı ilə qalib gəldiyi oyunadək rekord əvəzedicilərin qərb derbisinə məxsus idi. “Kəpəz”in 1997/98 mövsümündə “Turan”ı 12:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 12 qol qeydə alınmışdı.
Ümumiyyətlə isə “Rəvan” - “Xəzər Lənkəran” oyunu təxminən son 12 il yarım ərzində Azərbaycan futbolunun ən qollu oyunudu. Premyer Liqa, I divizion, əvəzedicilərin yarışı və Azərbaycan kuboku turnirlərinin hamısında baş tutan görüşlərə nəzər salsaq, ən azı 13 qolun qeydə alındığı son matç 2003-cü il oktyabrın 19-na təsadüf edib. Həmin vaxt kubokun 1/8 final mərhələsinin ilk matçında “Lider Qarabağ”la üz-üzə gələn “Şəfa” 14:0 hesabı ilə qalib gəlib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər