Şomurodov özünə yeni klub tapdı

Şomurodov özünə yeni klub tapdı

Özbəkistanlı hücumçu Eldor Şomurodov "Roma"dan ayrılıb. 

Fanat.Az hücumçu karyerasını İtaliyanın digər klubu - "Kalyari"də davam etdirəcək. 

Bu barədə insayder Canluka di Martsio sosial şəbəkə hesabında paylaşım edib.

"Kalyari" Şomurodovu birdəfəlik almaq hüququ ilə bir milyon avroya icarəyə götürəcək. Mövsümün sonunda Eldoru 9 milyon avroya transfer etmək mümkün olacaq.

28 yaşlı hücumçu ötən mövsüm İtaliya çempionatında "Spetsia"da icarə əsasında çıxış edib. Şomurodov 16 matçda iştirak edib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər