Sloveniya millimizi darmadağın etdi - qrupda qaldıq

Sloveniya millimizi darmadağın etdi - qrupda qaldıq
FIFA-nın I vitse-prezidenti in xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnir davam edir. Fanat.az xəbər verir ki, bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrupda son oyununu keçirib.
 
Yığmamız Sloveniyanın U-19 komandası ilə qarşılaşıb. İlk oyunda Latviyanın U-19 komandası ilə "sülh" bağlayan (1:1), ardınca Bolqarıstan U-17-sini yenən (2:0) komandamız bu dəfə darmadağına üzülüb - 0:4.
Qrupun digər oyununda Latviya Bolqarıstana qalib gəlib - 1:0. Bu nəticələrdən sonra millimiz qrupu 3-cü yedə başa vurub.
Valentin Qranatkin turniri
C qrupu
III tur
8 yanvar
Bolqarıstan - Latviya 0:1
Qol: Uldrikis Roberts, 21-pen.
Sloveniya - Azərbaycan 4:0
Qollar: Kevin Zizek, 18; 36. Sven Kariç Sostariç, 56. Tom Zurqa, 90.
Sloveniya: 1. Rok Vodişek (12. İqor Vekiç, 83), 2. Sandi Koraliç (16. David Dediç, 83), 3. Matija Rom, 4. Sven Kariç Sostariç (15. Veron Şalya, 83), 5. Janez Pişek (k), 7. Deyan Petroviç (8. Luka Kambiç, 64), 9. Kevin Zizek (19. Tom Zurqa, 75), 10. Yakob Novak (11. Marsel Kene, 64//13. Niko Vayda, 75), 17. Kristian Sredojeviç, 18. Rok Buzinel, 20. Sandi Ogrineç (6. David Brekalo, 75).
Baş məşqçi: İqor Benedejçiç.
Azərbaycan: 1. Murad Popov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov (20. İsmayıl Babayev, 86), 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev (6. İbrahim Qədirzadə, 79), 8. Metin Güler (19. Aslan Bədəlzadə, 86), 9. Doğukan Öksüz (16. Süleyman Əhmədov, 75), 10. Pilağa Mehdyev (17. Arziman Rizvanov, 86), 11. Murad Mahmudov (15. Ceyhun Muxtarlı, 46), 18. Murat Cem Akpınar (14. Bahadur Həziyev, 79).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Şahin Zəkiyev.
Baş məşqçi: Təbriz Həsənov.

1

Sloveniya

2

1

1

0

5-2

4

2

Azərbaycan

2

1

1

0

3-1

4

3

Latviya

2

0

2

0

2-2

2

4

Bolqarıstan

2

0

0

2

1-6

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər