Braziliyanın "Qremio" klubu baş məşqçi Luis Felipe Skolarini istefaya göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun saytı yayıb.
72 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. O, 3 ay 2 günlük fəaliyyətindən sonra postundan uzaqlaşdırılıb.
Maraqlıdır ki, Portuqaliya və Braziliya millilərini çalışdırmış Skolari əvvəlki iş yerindən - "Kruzeyro"dan da 3 ay işləyəndən sonra qovulmuşdu.
Nihat