ÇSKA-dan iki qolluq qələbə - VİDEO

ÇSKA-dan iki qolluq qələbə - VİDEO
Çempionlar Liqasında V turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Moskva ÇSKA-sı bu gecə "Benfika"nı qəbul edib.
Oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı Georgi Şennikov açıb. ÇSKA həmçinin Jardelin avtoqoluna sevinib.
Bu nəticə ilə "Benfika"nın sonuncu pilləni tutması rəsmiləşib. ÇSKA 9 xalla ikinci pillədə qərarlaşıb. Moskva kulubu lider "Mançester Yunayted"dən 3 xal geri qalır, üçüncü pillədəki "Bazel"i 3 xal qabaqlayır.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər